Sürücülərə bəd xəbər – Xəbəriniz olmadan vəsiqəsiz qala bilərsiniz

Yazarlar 21 Noyabr 2017 16:42 Oxunub 24697
Sürücülərə bəd xəbər – Xəbəriniz olmadan vəsiqəsiz qala bilərsiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmələr sürücülərə xəbər vermədən onların barəsində qərar çıxarır

“Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlındırmadan baxırlar”. Bunu Avtosfer.az-a yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bəzi məhkəmələr tərəfindən atılan bu addım qanunaziddir: “Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınıza ehtiyac qalmayacaq”.

Qeyd edək ki, belə hallarla yalnız cərimələri vaxtında ödəməyən sürücülər üzləşir. Əvvəllər yol polisi cəriməni ödəməyən sürücünün avtomobilini cərimə meydançasına aparırdı. Sonradan isə sürücü cəriməni ödəyərək DYP-yə yaxınlaşıb maşını götürə bilirdi. Bəzən DYP-də sürücü cəriməni ödəsə belə sürücülük hüququnun məhdudlaşdırılacağını desələr də, Baş Dövlət Yol Polisi İdarəsi rəsmi qaydada bəyan etdi ki, qanunvericiliyə əsasən, cərimə ödənildikdən sonra sürücülük hüququ məhdudlaşdırıla bilməz.

Son vaxtlar isə DYP cəriməni vaxtında ödəməyən sürücülər barəsində toplanmış materialları məhkəmələrə göndərir. Bu, qanunda nəzərdə tutulan haldır. Çünki 3 ay ərzində cəriməni ödəməyən sürücünün sürücülük hüququnun məhdudlaşdırıması qanunvericilikdə əksini tapır. Lakin bəzi məhkəmə orqanlarının belə məsələlərərə “xırda iş” kimi baxıb sürücü barəsində onun xəbəri olmadan qərar etməsi normal hal deyil. Nəzərə almaq lazımdır ki, belə bir qərar çörəyi maşından çıxan birinin 6 ay işsiz qalmasına səbəb ola bilər. Amma Ərşad Hüseynovun da dediyi kimi, həmin sürücüyə bildiriş göndərdikdə cərimənin ödənilməsi də təmin edilə bilər. Ona görə ki, bəzən sürücünün cərimədən xəbəri olmur. Ancaq əksər hallarda xəbəri olan sürücülər də ödəniş etmir. Ödəniş etməyən sürücülərin cəzalanması lazımdır. Amma qanun çərçivəsində...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

asim 22 Noyabr 2017 21:00
Bəs ünvana məktub gəlməməsinə görə məsuliyyəti kim daşıyır. Biz kimi məhkəməyə verək.