Aeroportda reyslər iflic olub

Gündəm 21 Noyabr 2017 17:23 Oxunub 702
Aeroportda reyslər iflic olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır

Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib. Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır. Hava limanında son uçuş yerli vaxtla saat 12:45-də (Bakı vaxtı ilə 15:45) baş tutub. Hava limanının adi rejimdə fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh