Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

Gündəm 21 Noyabr 2017 17:40 Oxunub 806
Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz”

“Tıxac probleminin həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir.Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq”. Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə belə deyib. O bildirib ki, yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur. “Sahibkarlara deyəndə ki, niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz, deyirlər ki, ora qoyulan vəsaiti götürmək olmur.

Deputat təhsil kreditləri məsələsinə də toxunub. “Təhsil kreditləri ilə bağlı məsələ də neçə illərdir ki, müzakirə mövzusudur. Təhsil Nazirliyi də bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır. Amma mənim bildiyim qədər ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib. Mətbuatdan əldə etdiyim məlumata görə, 7 min tələbə isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil dalınca gedə bilməyib. Bu, çox böyük və narahatedici göstəricidir. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük xeyiri olar”

Təklif edirəm ki, çoxmərtəbəli avtomobil dayanacağı tikən sahibkarları vergidən azad edək, onlara dəstək göstərək ki, dayanacaqlar tiksinlər. Xaricdə də belədir”.

 

Elməddin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh