Bakıda bir maşından yola 5 dəqiqədə 3 dəfə zibil atdılar – VİDEO

Avtoreyd 22 Noyabr 2017 10:24 Oxunub 2354
Bakıda bir maşından yola 5 dəqiqədə 3 dəfə zibil atdılar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü 1, qadın sərnişin isə 2 dəfə yolu zibilləyib

Bakıda küçəyə zibil yayan avtomobil peyda olub. Daha doğrusu, maşından zibil atmağa vərdiş edən sürücü və sərnişin digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntüləri Qorxmaz Mustafayev feysbookda yayıb. O bildirib ki, görüntülər noyabrın 19-da, saat 18:40 radələrində Bakının Yasamal rayonu ərazisində çəkilib. Nərimanov prospekti ilə hərəkət edən “Azsamand” markalı avtomobildən yola 3 dəfə zibil atılıb. Bu hərəkəti cəmi 5 dəqiqə ərzində həmin avtomobilin sürücüsü 1, qadın sərnişin isə 2 dəfə təkrar edib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu əməllərinə görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh