Dünyada elektromobil satışı artdı

Texnologiya 22 Noyabr 2017 11:00 Oxunub 1403
Dünyada elektromobil satışı artdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satışların yarısından çoxu Çinin payına düşür

2017-ci ilin üçüncü rübündə dünyada 287 min elektromobil satılıb. Avtosfer.az-ın lent.az-a istinadən xəbərinə görə, bu barədə elektromobil bazarını təhlil edən “Bloomberg New Energy Finance” (BNEF) ekspertləri bildirib. Beləliklə, elektromobil (buraya hibrid avtomobillər də daxildir) satışının artımı cari ilin 2-ci rübü ilə müqayisədə 23%, ötən ilin 3-cü rübü ilə müqayisədə isə 63% təşkil edib. Satışların yarısından çoxu Çinin payına düşür. Orada dövlət subsidiya proqramı elektromobilləri daxili yanma mühərrikli avtomobillərdən ucuz edib. Qiymət fərqi bəzən 40% olur. Ekspertlər proqnozlaşdırır ki, 2017-ci ildə dünya üzrə elektromobil satışı 1 milyon ədədi ötə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh