Bakı metrosunda sürpriz

Yeniliklər 18 Dekabr 2014 12:43 Oxunub 1571
Bakı metrosunda sürpriz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayram günü avtobus və metro gecəyarıya qədər xidmət göstərəcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı metropoliteni sərnişinlərə sürpriz edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş rejimində çalışacaqlar. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək. “Bakı metrosunda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Həmin gecə isə bayram münasibətilə giriş gecə saat 1-ə kimi uzadılacaq. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib. Qurum rəsmisi onu da bildirib ki, bayram ərəfəsində metroda təhlükəsizlik məsələsinə nəzarət daha da gücləndiriləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh