“Merkuri-1” gəmi-bərəsi təmir olunub

Gündəm 22 Noyabr 2017 11:18 Oxunub 1177
“Merkuri-1” gəmi-bərəsi təmir olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunub. Avtosfer.az Gəmiçiliyə istinadən xəbər verir ki, təmir yekunlaşdıqdan sonra gəmi-bərə dəniz sınağından keçirilib. Məlumatda deyilir ki, qurumun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan təmir işləri planlaşdırılmış şəkildə aparılıb. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və elektrik mühərriklər təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Bərənin gövdəsi, göyərtəsi rənglənib. Zəruri yerlərdə dəmir təbəqələr dəyişdirilib. Kayutlar yeni mebellərlə təchiz olunub. Elektirik naqilləri dəyişdirilib.

 

“Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq”– deyə açıqlamada bildirilib.

Uzunluğu 154,5, eni isə 18,3 metr olan nəqliyyat vasitəsinin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.

 

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh