Çin Şimali Koreyaya uçuşları dayandırdı

Gündəm 22 Noyabr 2017 14:01 Oxunub 671
Çin Şimali Koreyaya uçuşları dayandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu istiqamətdə olan uçuşlar gələcəkdə bazardakı vəziyyətə görə bərpa ediləcək"

Çinin aparıcı hava yolu şirkəti olan Air China (Eyr Çayna) müvəqqəti olaraq Pxenyana uçuşlarını dayandırıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sina” informasiya portalı məlumat yayıb. Belə qərar kommersiya fəaliyyətinin həyata keçirilməsi baxımından çətin vəziyyətlə əlaqədar qəbul edilib. "Bu istiqamətdə olan uçuşlar gələcəkdə bazardakı vəziyyətə görə bərpa ediləcək", – şirkətdən bildirilib. Qeyd edək ki, “Eyr Çayna” Şimali Koreya Demokratik Respublikasına uçuşlar həyata keçirən yeganə Çin şirkətidir. Pxenyana uçuş həftədə bir neçə dəfə həyata keçirilirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh