İki “Boeing-747” onlayn hərracda satıldı

Texnologiya 22 Noyabr 2017 14:31 Oxunub 1361
İki “Boeing-747” onlayn hərracda satıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarələr hərracda 48 milyon ABŞ dollarına satılıb

Çində onlayn ticarət saytında iki “Boeinng-747” təyyarəsi satışa çıxarılıb. Avtosfer.az lent.az-a istinadən məlumatına görə, “Taobao” internet mağazası üçün bu razılaşma onun tarixində ən irihəcmli razılaşma olub - təyyarələr hərracda 48 milyon ABŞ dollarına satılıb. Bildirilir ki, onların əvvəlki sahibi müflisləşmiş aviadaşıyıcı olub. O, altı dəfə təyyarələri adi auksionlarda satmağa uğursuz cəhd edib. Bundan sonra isə internet saytına elan verməli olub. Belə bir qeyri-adi məhsul 1 milyona yaxın insanı maraqlandırıb və onlardan 26 nəfər təyyarələri almaqla bağlı niyyətlərinin olduğunu bildiriblər. Keçirilən hərraclarda “Boeing”ləri əldə edən yerli “SF Airlines” aviaşirkəti olub. Bundan qanadlanan satıcı onda olan daha bir “Boeing”i satışa çıxarmaq niyyətindədir. Ancaq “Taobao”-nun qaydalarına əsasən, o, bir qədər gözləməli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh