“Toyota” yeni robot avatarını təqdim etdi

Texnologiya 22 Noyabr 2017 14:58 Oxunub 1255
“Toyota” yeni robot avatarını təqdim etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu robot evə nəzarət edir

Yaponiyanın “Toyota” şirkəti yeni robot avatarını təqdim edib.  Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, “Toyota” şirkətinin yeni robotu onu xüsusi naqilsiz avadanlıq vasitəsilə idarə edən operator insanın hərəkətlərini maksimal dəqiqliklə təkrarlaya bilir. Tərtibatçıların sözlərinə görə, T-HR3 adlanan maşın kosmosun mənimsənilməsi sahəsində olduqca böyük potensiala malikdir. İnsan VR avadanlıq və xüsusi sensorun köməyi ilə robotun panorama görüntüsündə nə etdiyini görə və əllərin ucu ilə hərəkət edərək əmrlər verə biləcək. Cihaz tam olaraq operatorun hərəkətlərini təkrarlayacaq.  T-HR3 robotunun yaradıcıları hesab edirlər ki, insanın olduqca böyük riskə atıla biləcəyi təhlükəli işin yerinə yetirilməsində onun tayı-bərabəri yoxdur. Misal üçün, radioaktiv zonada və ya açıq kosmosda olduğu kimi.  Bundan öncə isə bildirilib ki, Yaponiyanın “Sony” şirkəti da robot təqdim edib. Bu robot evə nəzarət edir. “Xperia Hello” cihazı zahirən səsgücləndiricisinə oxşayır və otaqda baş verənlərə tam olaraq nəzarət etməyi bacarır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh