Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Avtoxəbər 22 Noyabr 2017 17:31 Oxunub 1677
Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çatışmazlığı aradan qaldırmayan sürücülər 50 manat məbləğində cərimə edilirlər

 “Noyabr ayının 13-dən etibarən avtomobilinin dövlət qeydiyyat nişanında defis işarəsinin pozulmasına görə 133 sürücü inzibati məsuliyyətə cəlb olunub”. Bu sözləri Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Qeyd edək ki, noyabr ayının 13-dən etibarən avtomobilinin nömrəsində olan çatışmazlığı aradan qaldırmayan sürücülər 50 manat məbləğində cərimə edilirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh