Azərbaycanda “premium klass” avtomobil yağı istehsal ediləcək

Yeniliklər 22 Noyabr 2017 23:17 Oxunub 1372
Azərbaycanda “premium klass” avtomobil yağı istehsal ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib

Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın rezidenti “Millers Oils Azerbaijan” MMC noyabrın 23-də “premium klass” tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə “Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib. Məlumata görə, “Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.

Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh