Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub

Qəzalar 22 Noyabr 2017 23:24 Oxunub 998
Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlhamə Məhərrəmovanı "VAZ-2107" markalı avtomobil vurub

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, Heydər Məscidinin yaxınlığında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü şəhər sakini İlhamə Məhərrəmova yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh