Polisin avtomobili qəzaya düşüb, xəsarət alan var

Yol polisi 22 Noyabr 2017 23:28 Oxunub 1224
Polisin avtomobili qəzaya düşüb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəcəf Abdullayev avtomobillə hərəkətdə olarkən qəfil sudurğa keçirib

Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib. Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh