Avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

Qaydalar 23 Noyabr 2017 08:47 Oxunub 1381
Avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir

Görüntülər Bakı-Şamaxı yolunun Hökməli qəsəbəsindən keçən hissəsində çəkilib. Sərnişindaşıma ilə məşğul olan sürücü saatda 90 kilometr sürətlə avtobusu qapısı açıq şəkildə idarə edir. Avtobusun içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir. Buna baxmayaraq, sürücü avtobusu saxlayaraq sərnişin yığmağa davam edir. Kadrlar ötən gün bir nəfər tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib.

Məlum oldu ki, sözügedən avtobus 156 nömrəli xəttə məxsusdur. Bu xəttdə işləyən avtobuslar metronun ''Əcəmi'' stansiyası yaxınlığından, Hökməli qəsəbəsinə və əks istiqamətdə sərnişindaşımada istifadə edilir.

Kadrlarda ilk baxışda həmin xəttdə avtobusların sayının az olduğu da görünür.

Məsələni araşdırmaq üçün sözügedən avtobusların son dayanacağına getdik. Sürücülər bildirdilər ki, 156 saylı xəttdə cəmi 4 avtobus var. Sayın az olmasına baxmayaraq, bu avtobuslar sərnişinlərin mənzilbaşına çatmasına kifayət edir. Belə sıxlıqlar isə adətən pik saatlarında yaşanır. Sürücülər bildirdilər ki, sərnişin sıxlığı nəzərə alınaraq yaxın vaxtlarda xətdəki avtobusların sayı artırılacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırmalar aparılacaq. Bu kimi xoşagəlməz halların təkrar yaşanmaması üçün sərnişin daşıyan şirkətə təlimatlar veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh