"Qazel" piyadanı vurub öldürdü - Bərdədə

Qəzalar 23 Noyabr 2017 00:02 Oxunub 842
"Qazel" piyadanı vurub öldürdü - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qayalı kəndində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini Yaşar Sovet oğlu Muxtarovun idarə etdiyi 59-BF-141 dövlət-qeydiyyat nömrə nişanlı "Qazel" markalı yük avtomobili yolu keçmək istəyən rayon sakini, 1979-cu il təvəllüdlü Yüksəl Səyyaf oğlu Rəcəbovu vurub. Nəticədə ağır xəsarət alan 38 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh