“Mercedes”dən Lüis Hemiltona 120 milyon dollarlıq - TƏKLİF

Yarışma 23 Noyabr 2017 00:39 Oxunub 1415
“Mercedes”dən Lüis Hemiltona 120 milyon dollarlıq - TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni sözləşmənin müddəti 3 illik olacaq

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı “Mercedes” komandası pilotu Lüis Hemiltona 120 milyon dollarlıq yeni müqavilə təklif edib. “Report” “The Sun”a istinadən xəbər verir ki, Almaniya təmsilçisinin rəhbərliyi 24 - 26 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə baş tutacaq ilin sonuncu Qran-prisində 32 yaşlı britaniyalı sürücü ilə danışıq aparacaq. Görüş zamanı pilota 3 illik müqavilə qarşılığında 120 milyon avro təklif olunacaq.

Qeyd edək ki, L.Hemilton oktyabrın 29-da baş tutan Meksika Qran-prisində 2017-ci il mövsümünün çempionluğunu erkən təmin edib. Daha əvvəl 2008-ci ildə “Maklaren”lə dünya çempionu olan britaniyalı pilot 2013-cü ildə “Mercedes”ə keçib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh