Semi yük avtomobilinin qiymətləri AÇIQLANDI

Texnologiya 23 Noyabr 2017 16:20 Oxunub 1436
Semi yük avtomobilinin qiymətləri AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Sürücünün 805 kilometrlik yürüyüşü olan top variantının dəyəri isə 180 min dollardır

Tesla Motors şirkəti Semi elektrik yük avtomobilinin təxmini satış qiymətləri açıqlayıb. Avtomobilin 482 kilometr yürüşü olan baza variantının dəyəri 150 min dollar elan edilib. Sürücünün 805 kilometrlik yürüyüşü olan top variantının dəyəri isə 180 min dollardır. İlkin olaraq, Founders Series adlı seriyaya məxsus olan yük avtomobilləri 200 min dollara satılacaq. Bundan başqa, öncədən sifariş üçün verilməli behin miqdarı beş mindən 20 minə qədər artırılıb. Founders Series modeli üçün isə, bütün dəyərin ödənilməsi tələb olunur. Yük avtomobili 10000 Nm fırlanma anı hasil edən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Bundan başqa, İlon Mask Tesla Semi modelinin 40 tonluq yedəklə 60 mil/saat (96 km/saat) həddinə 20 saniyəyə sürətləndiyini bildirib. Eyni zamanda, yüklənmiş avtomobil beş dərəcəlik yoxuşda 105 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır. Yük avtomobilinin batareyalarını doldurmaq üçün yüksək sürətli yükləmə stansiyalarından istifadə ediləcəkdir. Stansiyaları yük avtomobillərinin dayanacaqlarında və ABŞ-ın əsas yolları boyu inşa etmək planlaşdırılır. Belə stansiyada 30 dəqiqəlik elektrik yükləmənsi 640 kilometrə qədər məsafəni qət etməyə imkan verir. (autograph.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh