Məşhur futbol məşqçisi "Dakar" rallisində iştirak edəcək

Yarışma 23 Noyabr 2017 16:21 Oxunub 1407
Məşhur futbol məşqçisi "Dakar" rallisində iştirak edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Andre Villaş-Boaş “Overdrayv” komandasının heyətində yer alacaq

Çinin “Şahxay Şanqan” futbol komandasının baş məşqçisi Andre Villaş-Boaş 2018-ci il “Dakar” rallisində iştirak edəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 40 yaşlı portuqaliyalı mütəxəssis “Overdrayv” komandasının heyətində yer alacaq. O, 346 nömrəli “Toyota” markalı avtomobili idarə edəcək. Portuqaliyalının komanda yoldaşı həmyerlisi Ruben Faria olacaq. Qeyd edək ki, Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", İngiltərənin "Çelsi" və "Tottenhem" komandalarının baş məşqçisi olub. “Dakar-2018” 6 – 20 yanvarda keçiriləcək. Yarışın marşrutu Peru, Bolivya və Argentinanı əhatə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh