Keçmiş deputatın düşdüyü dəhşətli qəzanın anbaan - VİDEOsu 

Gündəm 18 Dekabr 2014 13:58 Oxunub 2496
Keçmiş deputatın düşdüyü dəhşətli qəzanın anbaan - VİDEOsu 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kadrlardan görünür ki, Əliməmməd Nuriyvin olduğu avtomobil 4-cü zolaqdan birinci zolağa dönmə əməliyyatı aparır

Xəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb. Avtosfer.az-ın məlumatına görə, azxeber.com-un əldə etdiyi özəl videoda qəzanın anbaan görüntüləri yer alır. Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin videoregistratoru tərəfindən lentə alınan görüntülərdə qəzanın baş vermə səbəbləri açıq-aşkar görünür. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil “Azadlıq” meydanına çatarkən 4-cü zolaqdan 1-ci zolağa, yəni, sola dönmə əməliyyatı etməyə çalışır. Hansı ki, həmin yolda yalnız birinci və ikinci zolaqlardan sola dönməyə icazə verilir. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan «BMV» markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” markalı avtomobil aşır. Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb. Sözügedən görüntüləri təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh