Marşrut xətti yoxdur, amma dayanacaq var - VİDEO

Xəbərlər 23 Noyabr 2017 22:23 Oxunub 1532
Marşrut xətti yoxdur, amma dayanacaq var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir küçədə marşrut xətti var, dayanacaq yox, digərində isə əksinədir

Bir küçədə marşrut xətti var, dayanacaq yoxdur, digərində isə marşrut işləməsə də, dayanacaq var. Görüntülər paytaxtın Nəsimi rayonundan, Hüseyn Seyidzadə və Mir Cəlal küçələrindəndir. Mir Cəlal küçəsində bir neçə marşrut xətti fəaliyyət göstərir. Bir neçə yerdə də avtobusların dayanması üçün nişanlar qoyulub. Lakin dayanacaq pavilyonları yoxdur. Yaxınlıqda yerləşən Hüseyn Seyidzadə küçəsində isə heç bir marşrut xətti yoxdur. Lakin, müasir dayanacaq pavilyonu var. Sakinlər deyirlər ki, bir neçə ildir ki, ərazidə fəaliyyət göstərən 27 saylı marşrut xətti ləğv edilib, dayanacaq isə qalıb. Sakinlər dayanacağın sökülərək nişan olan ünvana quraşdırlmasını daha məqsədəuyğun hesab edirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, agentliyin mütəxəssisləri tərəfinfən paytaxt ərazisindəki dayanacaqların vəziyyəti və çatışmazlıqlar barədə kompleks araşdırma aparılıb. Bir sıra ünvanlarda dayanacaq nişanlarının çatışmadığı, bəzi ərazilərdə isə marşrut xəttinin fəaliyyət göstərməməsinə baxmayraq dayanacaq pavilyonlarının olduğu aşkarlanıb. Araşdırmaların nəticəsi olaraq 120-dən çox ünvanda yeni dayanacaq nişanları qoyulub.

Marşrut xətti olmayan ərazilərdəki dayanacaq məsləsinə də toxunan Mayis Ağayev bildirib ki, hazırda paytaxt ərazisində marşrut xətlərinin optimallaşdırılması işləri aparılır. Bu işlər yekunlaşmadığından istifadəsiz dayanacaqlar da sökülməyib. Çünki, həmin ərazilərdən bəzilərində marşrut xəttinin bərpa edilməsi ehtimalı var. Optimallaşdırma işləri tam yekunlaşdıqdan sonra isə istifadəsiz dayanacaqlar söküləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh