Metroda təhlükəli anlar: Qatar qapısı açıq hərəkət etdi - VİDEO

Avtosfer TV 23 Noyabr 2017 22:31 Oxunub 1207
Metroda təhlükəli anlar: Qatar qapısı açıq hərəkət etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bakı Metropoliteni” hadisənin başvermə səbəblərini araşdırır

"Qarabağ” -"Çelsi” oyunundan dönən azərkeşlər metorda şok yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib. Hadisə şahidi Cavid Cavadovun veridiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bizimyol.info-ya bildirib ki, dünən gecə bu hadisənin "İçərişəhər”-"Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verdiyi aydın olub: "Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə qon qapısı açıq qalıb. qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamazına qəti yol verilmir. Yəni qapıda problem olanda belə olan halda qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər bnasazlıq aradan qaldırılırsa qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh