Bu da tüklü avtomobil - İtalyansayağı tüninq - VİDEO

Avtodünya 23 Noyabr 2017 23:04 Oxunub 1389
Bu da tüklü avtomobil - İtalyansayağı tüninq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi maşın insanlarda müxtəlif reaksiyaya səbəb olur

Dünyada ən “tüklü” avtomobil yaradan stilist Mariya Lüçiya Munyo Ginnessin rekordları kitabına düşüb. 47 yaşlı italiyalı xanım klassik yığcam Fiat 500 avtomobilini insan saçlarıyla bəzəyib. Xanım Munyo 2010-cu ildəki şəxsi rekordunü təzələyib. Belə ki, o zaman təqdim etdiyi avtomobili 100 kilo saçla örtən italiyalı Mariya Lüçiya, bu dəfə öz assistenti Valentino Stassanoyla birgə Fiata daha 20 kiloqram saç əlavə edib. Avtomobilin müasirləşdirməsi 150 saata qədər vaxt aparıb. Hazırda 80 min avro dəyərində qiymətləndirilən qeyri-adi Fiat 500-ün müəllifləri, bildiriblər ki, onların maşını “sülh və azadlığı” tərənnüm edir.

Avtomobil üçün saçlar xüsusi sifariş üzrə Hindistandan gətirilib. Mariya Lüçiya Munyonun sözlərinə görə, onlar avropalıların saçından fərqli olaraq daha möhkəmdirlər. “Tüklü” avtomobilin yaradılması ideyası italiyalı xanımın dostuyla, onda heç vaxt belə maşının alınmayacağı ilə bağlı mübahisədən sonra yaranıb.

“Tüklü” Fiat 500 avtomobilinin sahibəsi etiraf edir ki, qeyri-adi maşın insanlarda müxtəlif reaksiyaya səbəb olur. Qadın tez-tez neqativ münasibətlə üzləşməli olur, lakin bu, Mariyanı bu heç də narahat  etmir. O, hər gün öz “şah əsərindən” istifadə etməyə davam edir.

Lakin qadın etiraf edir ki, avtomobilin salonu və xarici görkəmi qulluq tələb edir: xüsusi şampunlardan və fırçalardan istifadə edərək saçları daramaq və yumaq lazım gəlir.

 

Avtoreyd.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh