Yaz havası davam edir – Sürücülərə hava xəbəri

Gündəm 18 Dekabr 2014 14:25 Oxunub 1215
Yaz havası davam edir – Sürücülərə hava xəbəri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dekabrın 19-da ölkədə yağmursuz hava olacaq

Sabah ölkə ərazisində mülayim hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava müşahidə olunacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gün ərzində əsasən mülayim cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında temperatur gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq. Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur aran rayonlarında gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh