Fettel və Hemilton mətbuat konfransında Bakıdakı toqquşmanı xatırlayıblar

Yarışma 24 Noyabr 2017 10:01 Oxunub 1462
Fettel və Hemilton mətbuat konfransında Bakıdakı toqquşmanı xatırlayıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Fettel: "Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır"

"Formula-1"in Əbu-Dabi (BƏƏ) Qran-prisi öncəsi keçirilən mətbuat konfransında "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton və "Ferrari"nin alman üzvü Sebastyan Fettel səmimi söhbət edərək mövsüm ərzində aralarında yaşanmış qarşıdurma ilə bağlı zarafatlaşıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, britaniyalıya mövsüm boyu onun ifasında ən parlaq məqam barədə sual verəndə, Fettel söhbətə müdaxilə edərək soruşub: "Bəlkə Bakıdan başlayarq?". Mövsümün sonunda mükafatların sayının artırılmasının zəruriliyi barədə suala Fettel belə cavab verib: "Mən ilin manevri və adamı mükafatı almalıyam. Feyr-pley? Yəqin ki, yox. Lakin Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır", — deyə "Planet F1" alman pilotun sözlərini sitat gətirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh