Elektrik avtomobillər istehsal olunacaq

Texnologiya 24 Noyabr 2017 11:59 Oxunub 1291
Elektrik avtomobillər istehsal olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir

Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərin istehsalına başlanılması planlaşdırılır. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir. Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.  Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobillər yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh