Dronla yük daşınacaq

Texnologiya 24 Noyabr 2017 12:43 Oxunub 1385
Dronla yük daşınacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar”

Türkiyənin Poçt və Teleqraf Agentliyi (PTT) 2018-ci ildən etibarən pilotsuz uçuş aparatları vasitəsilə yük daşımağa başlayacaq. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, PTT rəhbəri Kənan Bozgeyik deyib. O bildirib ki, təşkilat dron daşımaçılığına keçmək üçün yerli mühəndislər və universitetlərlə birlikdə iş aparır. K.Bozgeyik Türkiyənin dron texnologiyasına sahib olduğunu xatırladıb: “Lakin dərhal hər yerdə dronlarla karqo daşınması mümkün deyil. Coğrafi şərait, ölkənin mövcud şərtləri nəzərə alınacaq. İnşallah, 2018-ci ildə öz dronlarımızla uçmağa başlayacağıq. Məsələn, İstanbuldan Adalar istiqamətinə yükün sürətlə çatdırılması tələb olunursa, bunu etmək mümkündür. İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh