Ümumi problem birgə mübarizə tələb edir - FOTO

Yol polisi 24 Noyabr 2017 15:22 Oxunub 1144
Ümumi problem birgə mübarizə tələb edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pis vərdişlərlə məşğul olanlardan uzaq durmaq lazımdır

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı  Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəbin yuxarı sinif şagirləri ilə görüş keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji heyət və KİV nümayəndələri  iştirak ediblər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında” mövzusunda çıxış edən RPŞ-nin rəisi polis polkovniki  Əli Mərdanov, narkotik vasitələrin insan sağlamlığı üçün yaratdığı mənfi amillərdən bəhs edib. O, hazırda bütün dünyada problemə çevrilən, ciddi vəsadlarla gətirib çıxaran nakomaniyaya qarşı ölkəmizdə də hüquq mühafizə organları tərəfindən aparılan ciddi mübarizə tədbirlərindən danışıb, narkomaniyanın sürtələ yayılmasının qarşısını almaq üçün hər bir vətəndaşın fəal mövqe sərgiləməli olduğunu vurğulayıb. 

Şarban RPŞ-nin baş inspektoru, polis mayoru Eldar Ömərov və inspektor, polis baş leytenantı Əhməd Muradov narkomaniyanın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər veriblər. Qeyd ediblər ki, hər bir məktəbli və yetkinlik yaşına çatan gənc öz ətrafında olan şəxslərə nəzər etməli, pis vərdişlərlə məşğul olanlardan uzaq durmalıdır. Onlar ölkəmizdə narkomanlığın qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirildiyini və bu işdə ailənin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Şabran rayon Qənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov gəncləri həyatlarında daha diqqətli olmaqa və əsasən də təhsillərində həmişə fərqlənməyə çağırıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Nizam Həmidov,

polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh