Uşaqlar məktəbə tankla gedir -VİDEO

Maraqlı 18 Dekabr 2014 15:47 Oxunub 1847
Uşaqlar məktəbə tankla gedir -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu uşaqlar hər gün məktəbə müharibə əhval ruhiyyəsində gedir

Bu uşaqlar hər gün məktəbə müharibə əhval ruhiyyəsində gedir. Britaniyalı atanın övladlarını məktəbə  tankla gətirməsi küçədə ənənəvi olmayan mənzərə yaradır. Avtosfer.az atvxəbər.az-a istinadən bildirir ki, britaniyali  Nik Miid artilleriya həvəskarıdır. Həyətində bir neçə Tankı və Zirehli maşını olan bu şəxs, zirehli texnikalardan birinə avtomobil statusu alaraq, küçələri bu maşınla dolaşır. Nik Miid ailəvi qonaq gedəndə sanki qohumlarının üstünə qoşun çəkir. Onun 13 və 16 yaşlarında olan övladlarını məktəbə də tankla gətirməsi şübhəsiz hər kəsi heyrətləndirir. Nikin həyətindəki hərbi texnikaların ümumi dəyəti  4 milyon dollardan çoxdur. 53 yaşlı Nik deyir ki, hətta polislər onun gəldiyini görəndə  nə edəcəklərini bilmirlər. 20 ildir tank sürdüyünü deyən britaniyalı, bu vaxta qədər bir dəfə də olsun qəza törətməyib. Uşaqlar olan məkanda isə daha da diqqətli olmağa çalışır. Sakinlər isə  Nikin övladlarını tankla məktəbə aparmasına qarşı çıxmır. Əksinə ona həsəd aparanlar da az deyil. Nik Miid yolun kənarında əlini havada yelləyən insanları görəndə özünü hərbi paraddakı kimi hiss etdiyini də gizlətmir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh