Sabiq nazir avtobus sürücüsü olur

Maraqlı 26 Noyabr 2017 00:19 Oxunub 1190
Sabiq nazir avtobus sürücüsü olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun həftədə 36 saat çalışacağı bildirilir

Hollandiyanın keçmiş dövlət naziri Fred Tiven bələdiyyəyə məxsus sərnişin avtobusunda sürücü olmaq üçün kursa yazılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tiven bir neçə həftə davam edəcək kursdan sonra Arnhem şəhərində yeni işinə başlayacaq. Onun həftədə 36 saat çalışacağı bildirilir.

Qeyd edək ki, sabiq nazir 2001-ci ildə prokuror işlədiyi dövrdə “çirkli pulların yuyulması”nda iştirak etdiyi üzə çıxmış və 2015-ci ildə ədliyyə naziri İvo Opsteltenlə birlikdə istefa etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh