Yol polisi maşını saxlayıb sürücüləri qəzadan qorudu - VİDEO

Yol polisi 26 Noyabr 2017 00:34 Oxunub 2693
Yol polisi maşını saxlayıb sürücüləri qəzadan qorudu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla onlar baş verə biləcək qəzanın qarşısını əvvəlcədən almış oldular

Noyabrın 25-də Bakıda yol polislərinin daha bir nümunəvi hərəkəti Avtosfer.az-ın kamerasına düşüb. Bakı-Dairəvi yolunda (110 km saat sürət təşkil olunmuş yolda) yolun hərəkət hissəsinə düşmüş təxminən 30 litr həcmində olan plastmast qab sürücülərə təhlükə yaradıb. Bu təhlükəni görən 99-YP-356 qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşlar dərhal patrul avtomobilini dayandıraraq həmin qabı yolun hərəkət hissəsindən götürüb kənarlaşdırıblar.

Polislərin bu cür nümunəvi hərəkəti alqışa layiqdir. Çünki bununla onlar yarana biləcək yol nəqliyyat hadisəsinin qarşısını əvvəlcədən almış oldular.

Xidməti vəzifələrini layiqincə yerinə yetirən həmin polis əməkdaşlarına Avtosfer.az-ın adından dərin təşəkkürümüzü bildiririk.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh