Yol polisi reyd keçirdi: 30-a yaxın sürücü cərimələndi - VİDEO

Yol polisi 26 Noyabr 2017 23:02 Oxunub 2330
Yol polisi reyd keçirdi: 30-a yaxın sürücü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunsuz sərnişin daşıyanlar, pərdə və plyonkadan istifadə edənlər cərimələnib

Yol polisi əməkdaşları Sumqayıtda reyd keçirib. Avtosfer.az-ın məlumatına görə, reydin məqsədi qanunsuz fəaliyyət göstərən mikroavtobusları, eləcə də pərdə və plyonkalardan istifadə edən avtomobilləri aşkarlamaq olub. Yoxlamalar zamanı qanunsuz sərnişin daşıyan bir neçə mikroavtobus aşkarlanıb. Mikroavtobuslarda olan sərnişinlər elə yoldaca düşürülərək başqa ictimai nəqliyyat vasitəsi ilə yola salınıblar. Bəzi sürücülər hətta çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib.

Reyd zamanı həmçinin, avtomobillərin arxa və yan şüşələrinə pərdə və jalüz quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən və şəhərə girişi qadağan olunmuş yük avtomobillərinin sürücüləri saxlanılaraq barələrində inzibati tədbir görülüb.

Ümumilikdə 30-a yaxın sürücü barəsində inzibati protokol tərtib olunub, 10-a yaxın avtomobil müvəqqəti duracağa yerləşdirilib. Reydlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh