Bakıda faytonla gəzməyə maraq azalıb - VİDEO

Maraqlı 26 Noyabr 2017 23:40 Oxunub 1936
Bakıda faytonla gəzməyə maraq azalıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir vaxtlar Bakının mərkəzində xeyli sayda fayton fəaliyyət göstəriridi

Bakıda turistləri və şəhər sakinlərini gəzdirən faytonların sayı azalıb. Avtosfer.az-ın məlumatına görə, bir vaxtlar Bakının mərkəzində xeyli sayda fayton fəaliyyət göstəriridi, amma hazırda cəmi bir fayton işləyir. Əvvəlki illərlə müqaisədə faytonda gəzməyə maraq azalıb.

14 ildir ki, faytonçuluqla məşğul olduğunu və çörəyinin bu işdən çıxdığını deyən Zamir Allahyarov faytonçuluğun çətin olduğunu bildirir. Onun sözlərinə görə, iki-üç il əvvəl 10 fayton fəaliyyət göstərirdisə, hazırda bu işlə məşğul olan tək özü qalıb. Yay aylarında faytondan istifadə edənlər nisbətən çox olur. Hazırda isə gün ərzində 3-4 müştəri faytondan istifadə edir ki, onların da arasında turistlər çoxluq təşkil edir.

Faytonçu müştərilərini 15 dəqiqə ərzində, Neftçilər prospekti boyunca Qız-Qalasının yanından-Kukla tetarına qədər aparır. Qiymətlər isə müştərinin sayından asılı olmayaraq10 manatdır. Faytonçu deyir ki, bu işdə təcrübəsi olduğu, həm də yolda qayda-qanuna əməl etdiyi üçün heç bir problem yaşamır.

O, faytonu ildə bir dəfə təmir etdirir.

Zamir Allahyarov yaxınlıqda yaşadığından atı da həyətində saxlayır.

Faytondan toy mərasimində, gəlin gətirməkdə də istifadə olunur. Bunun qiyməti isə 100 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh