Məsafə gözləmədi, avtomobilə çırpıldı, piyada yaralandı - FOTO

Qaydalar 27 Noyabr 2017 08:50 Oxunub 1674
Məsafə gözləmədi, avtomobilə çırpıldı, piyada yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın xəstəxanaya yerləşdirilib

Bakıda iki avtomobilin toqquşması nəticəsində yoldan keçən piyada xəsarət alıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.

Pərvin Aslanov idarə etdiyi "Ford" markalı avtomobillə Fətəli Xan Xoyski küçəsində hərəkətdə ikən piyada zolağının qarşısında qəfil əyləci basıb. Bu zaman arxa gələn və 1987-ci il təvəllüdlü Səmədov Niyazi Arif oğlunun idarə etdiyi "Hyundai Santa Fe" markalı maşın ona çırpılıb. "Ford" isə zolaqdan keçən piyadaya dəyib. Nəticədə yolu keçən orta yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh