Sürücülərə böyük endirim - VİDEO

Yeniliklər 18 Dekabr 2014 18:35 Oxunub 1684
Sürücülərə böyük endirim - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta şirkəti və avtodiler arasında problemlərə son qoyulacaq

Avtomobil sahiblərinin sığorta şirkəti və avtodiler arasında təmirlə bağlı yaşadığı problemlərə son qoyulacaq. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyası bununla bağlı təkliflərlə çıxış edib. Maşın sahiblərinin üzləşdiyi əsas problem zəmanətdə olan avtomobilin rəsmi dilerin avtoservisində yox, başqa emalatxanada təmiri zamanı onun zəmanətdən məhrum edilməsidir. Sığorta şirkətləri isə əksinə avtomobilin rəsmi dilerdə yox, başqa yerlərdə təmirinə çalışır. Səbəb isə odur ki, dilerin avtoservisi eyni xidməti dəfələrlə baha təqdim edir. Nəticədə müştəri, sığortaçı və diler üçlüyü arasında narazılıq baş verir.

Azərbaycan Sığortaçılar Assosiasiyası təklif edir ki, avtodiler sığorta şirkətinin onlara yönləndirdiyi müştərilərə müəyyən endirim versinlər. Nəticədə hər 3 tərəfin problemi həll olunsun. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyir ki, endirimlər olduqdan sonra sığorta şirkətlərilə müştəri arasında problem həll olunmuş olur. Belə ki, bu zaman müştəri dediyi yerdə avtomobil təmin olunur və sığorta şirkəti isə heç bir narazılıq etmir. 

Hazırda həm dilerlər həm də sığorta şirkətləri ilə danışıqlar aparılır. İlin sonuna qədər tərəflərin razılığa gələcəyi gözlənilir. Ans

ŞƏRH YAZ
Ad

E-mail

Şərh