Yol polisindən məhşur futbolçuya ağlasığmaz cəza  - 540 min - FOTO

Avtoxəbər 18 Dekabr 2014 22:58 Oxunub 1626
Yol polisindən məhşur futbolçuya ağlasığmaz cəza  - 540 min - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Dortmund»un ulduz oyunçusu Marco Reus sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün 540 min avro cərimləndi

«Dortmund»un ulduz oyunçusu Mark Reus sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün 540 min euro cərimə ödəməli olacaq. Avtosfer.az-ın xarici mətbuata istinadən xəbərinə görə, «Bild» qəzetində yer alan xəbərdə təxminən 2 həftə əvvəl Dortmund prokurorluğu tərəfindən futbolçuya tətbiq edilən cəzanın Almaniya taxində ən böyük yol cəzası hesab olunduğu qeyd olunub.

18 mart 2014-cü ildə Dortmund şəhər mərkəzində idman zalından çıxan Reus «Aston Martin» markalı maşını ilə sürət həddini aşdığı üçün polisin diqqətini çəkib. Polislər futbolçunu saxlayaraq ondan sənədlərini tələb etsə də, üzərində şəxsiyyət vəsiqəsindən başqa heç bir sənədi olmayıb. Polis şöbəsinə aparılan Reusun hətta sürücülük vəsiqəsinin olmadığı bəlli olub. Daha sonra araşdırma nəticəsində Reusun bundan əvvəl 5 dəfə radara düşdüyü, 2011-ci il sentyabr , 2014-cü il  mart ayı arasında 6  dəfə yol hərəkəti qaydasını pozmaqla bir neçə ildə vəsiqəsiz maşın sürdüyü  ortaya çıxıb. İndiyə kimi bütün yol cəzalarını başı ağrımasın deyə tərəddüd etmədən ödəyən Reusa bu dəfə ümumilikdə 540 min euro pul cəzası kəsilib. 

Cəza Reusun aylıq qazancına görə hesablanıb. Aylıq   180 min euro qazandığı üçün 90 günlük pul cəzası verilib və toplam 540 min euro olub. 18 yaşında ilk dəfə sürücülük imtahanına girən Reus vəsiqəsi olmadan maşın sürməyə qərar verib. İndi isə onun 25 yaşı var. 

Məsələ ilə bağlı Açıqlama edən Reus bundan dərs götürdüyünü və bir daha belə bir səhv yaşanmayacağını deyib. 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh