Nəqliyyat polis bölməsində yalnız bir robot işləyəcək - YENİLİK

Yol polisi 28 Noyabr 2017 03:14 Oxunub 1156
Nəqliyyat polis bölməsində yalnız bir robot işləyəcək - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni polis bölməsini süni intellekt idarə edəcək

Çində yeni polis bölməsini süni intellekt idarə edəcəkYaxın vaxtlarda Çinin Uhan meqapolisində açılması gözlənilən nəqliyyat polis bölməsində yalnız bir robot (sənədlərin yoxlanması və verilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem) işləyəcək. Xüsusi süni intellekt əsasında işləyən robot ziyarətçiləri dərhal müəyyənləşdirir ki, bu da uzun növbələri aradan qaldırmağa imkan verəcək.

Avtosfer.az Naxcivantv.az-a istinadən xəbər verir ki, Rusiya KİV-lərinə istinadla xəbər verir ki, süni intellekt 24/7 rejimində işləyəcək və "insan amili" riskini aradan qaldıracaq. Yəni onu ələ almaq və yaxud aldatmaq qeyri-mümkündür. Bütün prosedurların sürətlənməsi çinli sürücülərə öz bizneslərini optimallaşdırmağa və qazanclarını artırmağa kömək etməlidir.

Çin 2030-cu ilədək süni intellektin həyatın bütün sahələrinə tətbiqi sahəsində liderliyə yiyələnməyə can atır. Oksford Universiteti alimlərinin məlumatına görə, 2025-ci ilədək ABŞ-da iş yerlərinin 7 faizini robotlar ələ keçirəcək, 2040-cı ilə onların payı artıq 47 faiz təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh