Bakı aeroportunda sürpriz evlilik təklifi, qız "yox" dedi - VİDEO

Maraqlı 28 Noyabr 2017 11:02 Oxunub 2617
Bakı aeroportunda sürpriz evlilik təklifi, qız "yox" dedi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc qız sevgilisini intizarda çox saxlamadı

Bakıda daha bir qeyri-adi evlilik təklifi olub. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, bu dəfə təklif Heydər Əliyev hava limanında edilib. Gənc oğlan hava limanına gələnlərin təəcüblü baxışları altında hava limanında sevdiyi qızın qarşısında diz çökərək ona evlilik təklif edib və üzük verib. Bu anlarda isə onlara skripka ifaçısı və yaxınları dəstək olublar. Uşaqlar cütlüyün ətrafında "Əsra, mənimlə evlənərsənmi?" yazılan plakat tutublar. Gənc qız əvvəlcə sevgilisinə zarafatla "yox" deyib. Lakin bir neçə saniyə sonra təklifi müsbət cavablandırıb. Üzüyü sevgilisin barmağına taxdıqdan sonra gənclər yaxınlarının təbriklərini qəbul etməyə başlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh