DİN İdman Cəmiyyətinin yetirməsi qalib gəldi - FOTO

Yol polisi 28 Noyabr 2017 16:45 Oxunub 1342
DİN İdman Cəmiyyətinin yetirməsi qalib gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkan Nəsirova yenə də fərqlənib

Noyabrın 21-dən 26-dək  Polşanın Bıdqoş şəhərində 23 yaşadək olan güləşçilər arasında U-23 versiyası üzrə dünya çempionatı keçirilib. Bu yaş kateqoriyasında gerçəkləşdirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar. Qadın güləşçilərin mübarizəsi isə 2 bürünc medalla tamamlanıb. 

Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Türkan Nəsirova çəkisi 48 kiloqram olan güləşçilər arasında ilk görüşündə qazaxıstanlı rəqibi ilə qarşılaşıb və 62 saniyədə təmiz qələbə qazanıb. İkinci görüşündə rusiyalı həmkarı üzərində 12:11 hesablı qələbə qazanan Türkan yarımfinala yüksəlib. Finala gedən yolda o, türkiyəli idmançıdan cüzi xal hesabı ilə geri qalsa da 3-cü yer uğrunda qarşılaşmada yaponiyalı rəqibinə 4:2 hesabı ilə qalib gəlib və çempionatın bürünc mükafatını qazanıb.

Güləşçimizi bu yarışa Sumqayıt ŞPİ-nin əməkdaşı, Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustası, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Tural Əliyev hazırlayıb.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh