Bakıda 2-ci cərgədə dayanan avtomobili belə vurdular – 5-i əzildi - VİDEO

Avtosfer TV 29 Noyabr 2017 11:32 Oxunub 3364
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanı törədən sürücünün hərəkəti müəmmalıdır – yuxulu idi?

Bakının Zığ yolu şosesində baş vermiş zəncirvari qəzıda 5 avtomobilə ziyan dəyib. Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsinə istinadən təqdim etdiyi görüntülər maraqlı məqamları ortaya çıxarıb. İlk növbədə qəzanın başverməsi adi görünsə də, dərindən incələdikdə məlum olur ki, əslində, hər iki sürücü səhvə yol verib. Birincisi, “Mercedes” sol zolaqla hərəkət etdiyi halda qəflədən sağ zolağa hərəkət edir. Və görüntülərdən də aydın olur ki, maşın sanki öz-özunə gedir, yəni sürücü ya yuxulayıb, ya da idarəetməni itirib. İkinci məqam isə odur ki, “Mercedes”in vurduğu qara avtomobil ikinci zolaqda dayanmışdı. Lakin situasiya göstərir ki, həmin avtomobil olmasaydı belə “Mercedes” yol kənarında dayanan maşınlardan biriylə mütləq toqquşacaydı. Belə isə bir maşınla toqquşsa da, qəzada 5 avtomobilə ziyan dəyir. Hiss olunur ki, zərbə güclü olub.

Sükana hakim olmaq lazımdır ki, belə hadisələr baş verməsin. İkinci cərgədə dayanmağın təhlükəli tərəflərini də görməyənlər videoya diqqətlə baxsın...

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh