“İran-Rusiya-Azərbaycan danışıqları tranzit məsələlərinə aiddir”

Yeniliklər 29 Noyabr 2017 09:40 Oxunub 1026
“İran-Rusiya-Azərbaycan danışıqları tranzit məsələlərinə aiddir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şimal-cənub dəhlizi bizim üçün çox önəmlidir

İran, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar tranzit məsələlərinə aiddir. APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani bu sözləri ötən axşam dövlət televiziyasının efirində hökumətin 100 günlük fəaliyyəti ilə bağlı hesabatını açıqlayarkən deyib.

Enerji sahəsində əməkdaşlıqdan danışan H.Ruhani İranın həm qaz, həm də neft swap əməliyyatlarının həyata keçirdiyini qeyd edib: “Bu tranzit daha çox faydalı ola bilər.  Şimal-cənub dəhlizi bizim üçün çox önəmlidir.  İran, Azərbaycan və Rusiya arasında üçtərəfli danışıqlar tranzit məsələsinə aiddir.  Bu əsasda bizim Hindistan, Pakistan və Əfqanıstanla da danışıqlarımız davam edir və bu danışıqlar da tranzit məsələləri ilə bağlıdır.  Çabahar limanına  1 milyard dollardan çox sərmayə yatırmışıq və bir çox ölkələr var ki, Çabahar limanına sərmayə yatırmağa hazırdır”.  

H.Ruhani Çabahar limanına dəmir yolunun uzadılması layihəsinin 25 faizinin artıq icra edildiyini qeyd edib: “Tranzitin mehvəri Tehran, Qəzvin və Astaradır və bu istiqamət gündəlikdədir.  Qəzvin-Rəşt dəmir yolu üçün maliyyə vəsaitinin bir hissəsini biz təmin etdik, 50 faizini isə Azərbaycan Respublikası  öhdəsinə götürdü. Bu dəmir yolu Çabahar limanından  Astaraya və oradan da  Qara dənizə kimi uzadılacaq. İran  sözün həqiqi mənasında regional mərkəz rolunu oynayır və bizim elektrik enerjisinin mübadiləsinə dair nəhəng layihələrimiz var”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh