Bakıda analoqu olmayan yol qəzası baş verdi - VİDEO

Avtosfer TV 30 Noyabr 2017 12:32 Oxunub 3739
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedçini vuran sürücü yolun ortasında öz maşınının altında qaldı

Bakıda qeyri-adı yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a Amal adlı oxucu məlumat verib və görüntülər göndərib. Bakıxanov küçəsində velosiped sürücüsünün yol hərəkəti qaydalarını kobud halda pozması, piyada keçidindən deyil, biraz kənardan və maşınlarından arasından qəfildən qarşı zolağa keçməsi qəza şəraiti yaradıb. Bundan sonra "Toyota" markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı qəzaya rəvac verib. Qəza nəticəsində avtomobil sürücüsünün ayağı ciddi zədə alıb, bu avtomobildən əlavə bir neçə avtomobil də xəsarət alıb.

Avtomobili dayandıran sürücü velosipedçiyə yaxınlaşmaq istəyib. Ancaq bu zaman maşın geriyə hərəkət etməyə başlayıb. Sürücü avtomobili dayandırmaq istəyərkən maşının altında qalıb.

Qəzanın görüntüsünü təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh