Piyadanı vurub öldürən sürücü 20 gün sonra polisə təslim olub

Qaydalar 29 Noyabr 2017 14:59 Oxunub 1315
Piyadanı vurub öldürən sürücü 20 gün sonra polisə təslim olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Bakıda piyadanı vurub qaçan sürücü polisə təslim olub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib. Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh