Formula 1-də yeni komanda

Yarışma 29 Noyabr 2017 16:33 Oxunub 1303
Formula 1-də yeni komanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ildən etibarən komanda “Alfa Romeo Sauber” adlanacaq

Formula 1 yarışlarında iştirak edən “Sauber” komandası “Alfa Romeo” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ildən etibarən komanda “Alfa Romeo Sauber” adlanacaq. İtaliyanın “Alfa Romeo” şirkəti sonuncu dəfə Formula 1-də 1985-ci ildə iştirak edib. Qeyd edək ki, “Alfa Romeo” Formula 1 yarışlarının ilk iştirakçılarından biridir. Bu növdə ilk iki dünya çempionu – 1950-ci ildə Nino Farina və 1951-ci ildə Xuan Maneul Fanxio məhz “Alfa Romeo” bolidləri ilə bu titulu qazanıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh