Sürücülər üçün çətin işin asan yolu tapıldı - SMS

Yazarlar 29 Noyabr 2017 22:33 Oxunub 2861
Sürücülər üçün çətin işin asan yolu tapıldı - SMS
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Elektron protokollar kağızda yox, SMS-lə çatdırılsa faydalı olar”

Sürücülərin yol hərəkəti qaydalarını pozarkən elektron protokollar barəsində məlumatlandırılması bu gün bir problemə çevrilib. Bəzi sürücülər cərimələr barəsində məlumatları çox gec alırlar. Hətta, bəzən avtomibili satmağa apararkən qeydiyyat prosesi zamanı məlum olur ki, bu avtomobilə aid çoxlu sayda cərimələr var. Yaxud, yol patrul xidməti əməkdaşı onu yolda saxlayır və cəriməsinin və üzərinə gələn faizin miqdarını bildirir, maşına həbs qoyulduğu üzə çıxır və bildirir ki, cərimə meydançasına aparılmalıdır.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı “Üç nöqtə”yə bildirib ki, sürücülər içərisində bundan narahatlıq və narazılıq var: “İnsanlar ailəsi, uşaqları və dostları ilə istirahətə, yaxud iş üçün harasa gedir, bir də görürüsünüz ki, yol patrul xidməti əməkdaşı sürücünü saxlayır ki, avtomobil duracağ qoyulmalıdır. Və doğrudan da cərimə meydaçasına qoyurlar. Bu isə ciddi narazılıq yaradır. Amma bu gün texnologiyanın verdiyi imkanlardan istifadə edib sürücülərlə yol polisi əməkdaşları arasındakı bu narazılığı yoluna qoymaq olar. Bununla bağlı biz Baş Dövlət Yol Polisi İdarəsində də müzakirə aparmışıq, orada da bu təklifi dəstəkləyiblər ki, sürücülərə cərimələr, yəni elektron protokollar barədə məlumat SMS vasitəsilə göndərilsin. Təxmini hesablamamıza görə, elektron protokolların sürücülərə çatdırılması üçün il ərzində poçt xidmətinə, markalara, kağız və daşınma xərclərinə Dövlət Yol Polisi İdarəsi il ərzində 4 milyon manat pul ödəyir. Düşünürəm ki, bu məbləği bir, yaxud iki dəfə xərcləməklə mobil sistemi təkmilləşdirmək olar ki, sürücülərə cərimələr SMS vasitəsilə çatdırılsın. Bu həm də hər il 4 milyon manata qənaət deməkdir".

“Yol hərəkəti haqqında” qanuna, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilməlidir. Sürücülərin cərimələr barəsində məlumatlandırılması və bildirişin sürücüyə çatdırılmasının daha bir növü – SMS-lə çatdırılma olsun. Artıq ASAN ödəniş sistemi vasitəsilə buna oxşar bir xidmət göstərilir. Gələcəkdə elə həmin sistem vasitəsilə tam yeni bir xidmət növü yarada bilərik. Əgər sürücü ünvanında tapılmırsa, o zaman sürücüyə SMS göndərilsin. Və sürücülərə də bir öhdəlik qoymaq olar ki, mesajı silmək və “görmədim” kimi bəhanələr yox, sadəcə SMS-in qəbul edilməsini bildirsinlər. Yəni, sürücü qəbul etdikdə mərkəzi sistemdə görünəcək ki, sürücü məlumatı qəbul etdi. Əgər qəbul etdisə bu artıq çatdırılmanın bir növü sayıla bilər. Düşünürəm ki, sürücülərin əksəriyyəti bununla razı olar. Bunun faydalı olduğunu onlara aşılamaq və qəbul etdirmək lazımdır. Sürüclərin hazırda 99 faizinin telefonu var. Telefonsuz sürücü bir az çətin məsələdir. Bu yenilik sürücülər və yol polisləri arasında konfliktlərə son qoya bilər. Tutaq ki, sürücü 100-150 manatlıq qayda pozubsa, cəriməni vaxtında ödədikdə ona 10-15 manat endirim edilir Ona görə də, hər bir sürücü istəyər ki, cəriməni vaxtında ödəsin. 15 manata 17 litr benzin düşür, bu da sürücü üçün böyük şeydir. Bu benzinlə normal maşınla Bakıda 100 kilometr məsafə qət etmək olar. O baxımdan, sürücülərin əksəriyyəti bu və ya digər formada cərimələr barədə Asanpay.az saytındakı elektron kabinetindən, Daxili İşlər Nazirliyinin saytından (e-xidmet.mia.gov.az) məlumat alırlar. Amma gözləyirlər ki, qanunun tələbi olaraq yol polisi həmin bildirişi onun ünvanına göndərsin. Bu gün göndərilmə ilə bağlı problemlər mövcuddur. Poçt işçiləri sürücüləri ünvanlarında tapa bilmirlər. Yaxud, tapandan sonra hansısa dialoqa girib sürücünün təkidi ilə bu protokolu çatdırmamaq məqsədilə bildiriş yazıb verir ki, sürücü ünvanda tapılmadı. Yaxud sürücünün özü və ya ailə üzvləri poçt işçisini təhqir edir, döyür, qapıdan qovur. Bu cür halların baş verməməsi üçün elektron vasitələrin tətbiqinin verdiyi imkanlardan istifadə etmək lazımdır ki, belə problemlər yaranmasın. Nə sürücülər, nə də yol polisi əməkdaşları əziyyət çəksin. Həm də cərimələrin ödənişinin də faiz nisbəti get-gedə artacaq. Ona görə də, bu yenilikləri tətbiq etməklə gələcəkdə bu işdən çox böyük fayda götürmək olar. Sürücünün aylarla xəbəri olmadan cərimənin üzərinə faiz gəlir. Düşünürəm ki, bu yeniliklər tezliklə tətbiq olunmalıdır ki, sürücülər üçün bu problem yaranmasın.  Kimsə sürücüyə bildirişi təqdim etmədən qərar qəbul edir ki, təqdim etdim. Hansı ki, sürücünün bundan heç xəbəri olmur. Amma SMS çatdırılma olduqda, istənilən halda sürücü bu SMS-i aldıqda cərimədən dərhal xəbərdar olacaq. Bunu ödəmək üçün isə sadəcə protokolun seriya nömrəsini SMS-lə göndərmək lazımdır ki, sürücü dərhal ödəmək istəyirsə, yaxınlaşıb istənilən bankdan, yaxud, internet və telefon vasitəsilə ödəniş edə bilsin. Bunu düşünüb normal bir forma tapmaq olar və tətbiq etməklə gələcəkdə bu cür problemlərin həllinə nail olmaq mümkündür”.

 

Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tahir 30 Noyabr 2017 09:50
Könül xanım, 10 manata 14 litr benzini hansı YDM-dən almaq mümkün olduğunu [email protected] poçtuna göndərə bilərsinizP.S. 10 man : 0.9 man 1 l benzin 11.11111 litr. 14 litr yox!!!