Azərbaycan Qran Prisinin qalibinə maraqlı hədiyyə – FOTO

Yarışma 29 Noyabr 2017 16:42 Oxunub 1453
Azərbaycan Qran Prisinin qalibinə maraqlı hədiyyə – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qız qalasını ziyarət edən pilot “ABAD” sərgi-satış mərkəzində olub

“Red Bull” komandasının pilotu Daniel Rikkardo Bakıda səfərdədir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində 2017 Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo İçərişəhərdə olub.

Qız qalasını ziyarət edən pilot “ABAD” sərgi-satış mərkəzində olub.

Qonağa “ABAD”-çı sənətkarların hazırladıqları və Formula-1 yarışlarına həsr olunmuş “Bakılı pilot” suveniri hədiyyə edilib.

Qeyd edək ki, vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakı, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabətqabiliyyətıli ailə təsərrüfatlarının formalaşdırılması məqsədilə “ABAD” publik hüquqi şəxs (ailə biznesinə asan dəstək) Azərbaycan Prezidentinin Fərmanına əsasən yaradılıb.

“ABAD”ın prioritet fəaliyyət istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində ailə bizneslərinə dəstək göstərməkdir.

Xatırladaq ki, bu günlərdə Formula-1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən Bakı Şəhər Halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq.

 

Səfərlə əlaqədar şəkilləri təqdim edirik:

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh