Şəhərin mərkəzində tələbəni maşın vurub

Qəzalar 19 Dekabr 2014 12:06 Oxunub 1342
Şəhərin mərkəzində tələbəni maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən sürücünün kim olduğu məlumdur

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 9 radələrində şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan F. Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

 

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu  məlumdur. Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh