Zəncirvari qəza: yol bağlandı

Qəzalar 19 Dekabr 2014 12:14 Oxunub 1394
Zəncirvari qəza: yol bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəranda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib

Lənkəranda zənzirvari yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə Lənkəran-Lerik yolunun 1-ci km-də qeydə alınıb. Yolda 3 avtomaşın toqquşub. Lənkəran rayon sakinləri Tural Cəfərovun idarə etdiyi "VAZ-21011", İlqar İsmayılovun idarə etdiyi "VAZ-21015", Emil Qasımovun İdarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində hər 3 avtomaşına ciddi ziyan dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-21011"in sürücüsü 31 yaşlı Tural Cəfərov isə Lənkəran rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər. Hadisənin baş vermə səbəblərinə gəlincə, "VAZ-21011"in "Mercedes"in yoluna çıxması göstərilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh