Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb - VİDEO

Qaydalar 30 Noyabr 2017 04:35 Oxunub 1343
Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yüksək sürət və yolun sürüşkən olması səbəbindən baş verib

Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb. APA-nın xəbərinə görə, yüksək sürətlə hərəkət etdiyi bildirilən "KİA" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Məlumata görə, sürücü həmin vaxt dönmə əməliyyatı etmək istəyib. Nəticədə zərbədən işıq dirəyini aşıran avtomobil özü də torpaq sahəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəzadan sonra sürücü avtomobilin dövlət nömrə nişanlarını açaraq ərazidən uzaqlaşıb. YPX əməkdaşları da hadisə yerində olub. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yüksək sürət və yolun sürüşkən olması səbəbindən baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh