Məşhur futbolçunun maşınlarını oğurladılar

Avtoxəbər 19 Dekabr 2014 12:24 Oxunub 1283
Məşhur futbolçunun maşınlarını oğurladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki avtomobilin birgə dəyəri 150 min funt sterlinqdir

İngiltərənin “Aston Villa” klubunun hücumçusu Darren Bentin iki avtomobili oğurlanıb. Avtosfer.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hər iki avtomobilin birgə dəyəri 150 min funt sterlinqdir. Oğurluq dekabrın 13-ü gecə saatlarında baş versədə, futbolçunun özü hadisə barədə yalnız ötən gün xəbər tutub. Cinayətkarlar 30 yaşlı futbolçunun Littl-Estondakı evindən qaraja daxil olaraq ordan “Audi RS 6” və “Range Rover”nin açarlarını tapıblar və avtomobilləri oğurlayaraq naməlum istiqamətə hərəkət ediblər. Hazırda Britaniya polisi avtomobillərin axtarışını davam etdirir. Darren Bent hazırda icarə əsasında İngiltərə ikinci divizionu klubu olan “Brayton end Houv”da oynayır. “Totonhem” klubunun sabiq hücumçusu İngiltərə millisinin heyətində 13 oyunda meydana çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh